İspaniya əhalisinin 62 faizi suriyalı qaçqınların ölkəyə gəlişinə etiraz etmir

İspaniya əhalisinin 62 faizi suriyalı qaçqınların ölkəyə gəlişinə etiraz etmir
17:38 23 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 23 dekabr, AZƏRTAC
WIN/GIA beynəlxalq şəbəkəsinin apardığı tədqiqat göstərib ki, Avropada suriyalı qaçqınlara ən yaxşı münasibət İspaniyadadır. Bu ölkənin əhalisinin 62 faizi qaçqınların İspaniyaya gəlişinə etiraz etmir.
Avropa İttifaqı üzrə orta göstərici isə yalnız 38 faiz təşkil edir. Almaniyada və Yunanıstanda bu göstərici 48, İslandiyada 46, İsveçdə 44 faizdir.
Suriyalı qaçqınların ölkələrində qəbulundan ən çox narazı olanlar Bolqarıstan vətəndaşlarıdır. Onların cəmi 14 faizi suriyalıların gəlişinə etiraz etmədiklərini deyib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniya_ehalisinin_62_faizi_suriyali_qachqinlarin_olkeye_gelisine_etiraz_etmir-913714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR