ANS 161.000 manat cərimələndi, Space-ə xəbərdarlıq edildi

ANS 161.000 manat cərimələndi, Space-ə xəbərdarlıq edildi
17:47 23 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən xəbərə görə, iclasda "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun  tələblərinin pozulması ilə əlaqədar  09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş  və "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş  TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.

"ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və "Reklam haqqında" Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar "ANS Müstəqil Yayım və Media Şirkəti"  Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən, 5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən,  5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən,  5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən  5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən  7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən  8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.

Şura iclasında,  həmçinin "Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişləri müzakirə edilib, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin  tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. Space televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin,  proqrama verilmiş tələblərin  pozulduğu nəzərə alınaraq, "Space" televiziyasına xəbərdarlıq elan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR