Qubanın ucqar dağ kəndində yarımstansiya istifadəyə verilib

Qubanın ucqar dağ kəndində yarımstansiya istifadəyə verilib
18:08 23 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən Qubanın Yerfi ucqar dağ kəndində 35/10 kilovoltluq (kV) yarımstansiya tikilib istifadəyə verilib.
Səhmdar Cəmiyyətdən AZƏRTAC- a bildirilib ki, bu yarımstansiya Qubanın Yerfi kəndi də daxil olmaqla daha beş dağ kəndinə xidmət edəcək. Yarımstansiyanın tikintisi ilə yanaşı dəmir dirəklər üzərində hava xətləri də çəkilib. Qonaqkənd qəsəbəsindən Yerfi istiqamətinə anker dirəklər üzərində 35 kV-luq 20 kilometr uzunluğunda dairəvi hava xətti də yaradılıb və bu, istənilən hava şəraiti üçün davamlıdır.
Hazırda “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin əsaslı təmiri və yeni şəbəkələrin qurulması istiqamətində genişmiqyaslı işlər davam etdirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubanin_ucqar_dag_kendinde_yarimstansiya_istifadeye_verilib-913737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR