​Qubada "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib

18:22 23 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Daha sonra DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov “Radikal dini cərəyanlara qarşı mübarizədə ənənəvi İslam dəyərlərinin rolu” məruzəsi ilə çıxış edərəkmövzunun aktuallığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.O, qeyd edib ki, din adı ilə təqdim edilən radikal baxışlı ideoloji təlimlərin əsas məqsədlərindən biri cəmiyyət daxilində mövcud olan möhkəm həmrəyliyə pozucu təsir göstərməkdir.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov, bölgə qazısı Naib Səttarov mövzu ətrafında çıxış edərək İslamda radikalizmə yer olmadığını, sülh və barış dini olduğunu qeyd ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev,Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmlə mübarizədə dini icmaların, dindarların rolunun vacibliyindən danışıblar.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/din/dini-radikalizmle-mubarizede-dini-icmalarin-rolu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR