​Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb

18:22 23 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

“Report” xəbər verir ki, Sabunçu qəsəbəsi, Şəhər şossesindəki mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb.
O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Adambay Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-xarici-vetendas-hemyerlisini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR