​Rusiya generalı: "Ermənistanla Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi Türkiyədən müdafiə olunmağa xidmət edir"

​Rusiya generalı: "Ermənistanla Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi Türkiyədən müdafiə olunmağa xidmət edir"
18:22 23 Dekabr 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Rusiya ilə Ermənistan Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi Türkiyədən müdafiə olunmağa xidmət edir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə qoşunları komandanının keçmiş müavini general-leytenant Aleksandr Luzan bildirib.
Onun sözlərinə görə, bu, Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulması ilə bağlıdır.
Qeyd edək ki, bu gün Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Seyran Ohanyan Rusiya və Ermənistan arasında Qafqazda bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün regional Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması haqda saziş imzalayıb.
Bundan başqa, nazirlər 2016-cı ildə Rusiya ilə Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair planı da təsdiqləyiblər.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-generali-ermenistanla-hava-hucumundan-mudafie-sistemlerinin-birlesdirilimesi-turkiye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR