İŞİD yaraqlıları İraqın Ramadi şəhərində xəstəxana işçilərini girov götürüb

18:23 23 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
İŞİD terrorçu qruplaşmasının yaraqlıları İraqın Ənbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərindəki xəstəxanada onlarla şəxsi girov götürüblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İraq təhlükəsizlik xidmətinin nümayəndəsi yaraqlıların girov götürdüyü şəxslərin əksəriyyətinin xəstəxanada çalışan tibb işçiləri olduğunu bildirib. Hadisənin təfərrüatları barədə hələlik heç bir informasiya verilmir.
Xatırladaq ki, dekabrın 22-də İraq ordusu Ramadi şəhərində nəzarəti ələ almaq üçün irimiqyaslı əməliyyata başlayıb. Ötən sutka ərzində hərbçilər şəhərin əvvəllər İŞİD qruplaşmasının tam nəzarətində olan mərkəzi hissələrinə doğru irəliləməyə nail olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_yaraqlilari_Iraqin_Ramadi_seherinde_xestexana_ischilerini_girov_goturub-913746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR