Qonşu dövlətdə baş nazir istefaya getdi

Qonşu dövlətdə baş nazir istefaya getdi
18:26 23 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefaya getməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, baş nazir bunu xüsusi brifinqdə rəsmi olaraq, bəyan edəcək. xarici KİV-lərin məlumatına əsasən, İrakli Qaribaşvili bundan sonra "Gürcü arzusu - demokratik Gürcüstan" və "Gürcü arzusu" seçki qərərgahına başçılıq edəcək.

Hazırda Gürcüstan hökümət binasında brifinqə hazırlıq işləri gedir. Baş nazir istefası və yeni vəzifələri haqqında yaxın günlərdə ictimaiyyətə şəxsən məlumat verəcək.


İrakli Qaribaşvili - Gürcüstanın baş naziri


Gürcüstan KİV-lərində yayılan xəbərlərə görə, baş naziri xarici işlər naziri Georgi Kvirikaşvili
əvəz edəcək. Bundan başqa, Nazirlər Kabinetində hələ bir sıra dəyişikliklər gözlənilir.


Georgi Kvirikaşvili - xarici işlər naziri

Gürcüstanda anadan olan İrakli Qaribaşvili 2005-2012-ci illərdə iş adamlarından birinə məxsus xeyriyyə fondunun baş direktoru olub. 2013-cü ildən bu günə kimi isə Gürcüstanın baş naziri vəzifəsinə təyin olunub.

Georgi Kvirikaşvili - 2015-ci ilin sentyabrın 1-dən xarici işlər naziri vəzifəsində çalışır. Bundan əvvəl isə 2012-ci ilin oktyabrın 25-dən İqtisadiyyat naziri, 2013-cü ilin 26-dan isə baş nazirin müavini olub.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR