Yeni il atributları neçəyədir? - VİDEO

Yeni il atributları neçəyədir? - VİDEO
18:27 23 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Artıq 2016-cı ilin gəlişinə sayılı günlər qalıb. Yeni il bayramının ayrılmaz atributlarından olan şam ağacları isə hələ də dükanlarda alıcılarını gözləyir. Hazırda bazarlarda müxtəlif ölçülərdə, fərqli dizaynlı şam ağaclarına rast gəlmək olur.

RTV (Region TV) xəbər verir ki, onların görünüşü kimi qiymətləri də fərqlidir. Belə ki, 60 sm-lik şam ağacı 4 manata təklif olunur. Hündürlüyü 1 metr olan ağaclara görə isə 6 manat xərcləmək lazım gəlir. Ağacların qiyməti onların konstruksiyasına görə də dəyişir. Belə ki, ayrı-ayrı hissələrdən yığılan ağaclar 25 manat və daha yuxarı qiymətə təklif olunur. Satışda 70, 100, 150 manata olan şam ağaclarına da rast gəlmək olar.

Yeni il ağaclarının bəzədilməsi üçün istifadə olunan müxtəlif aksessuarların da qiymətində dəyişikliklər var. Məsələn, hazırda zərlərin qiyməti 25 qəpikdən başlayır. Oyuncaqlar isə həcmindən və sayından asılı olaraq 1-3 manata təklif olunur. Şam ağacı üçün işıqları isə 1.50 qəpikdən 5 manata qədər qiymətə əldə etmək olar. Yeni ildə şam ağacının yanında oyuncaq Şaxta baba görmək istəyənlər isə 1 manat 80 qəpikdən 150 manata qədər vəsait xərcləməli olacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR