Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipi təqdim olunub

Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipi təqdim olunub
18:48 23 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, Türkan Abdullayeva, AZƏRTAC
“Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi və 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl mərkəzin foyesində Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqilər səsləndirilib, UNESCO və İSESCO-nun xətti ilə ölkəmizdə keçirilən tədbirlər barədə məlumatları əks etdirən stendlər və misgərlik sənəti nümunələri sərgilənib.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbiri iki hadisəyə həsr etdiklərini söyləyib. Bunlardan biri “Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə bağlıdır. Qeyd olunub ki, bu il noyabrın 30-da Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunub və fayl Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi namizədlik faylı kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bununla da tar, muğam, aşıq, kəlağayı sənəti və digər mədəniyyət nümunələrimlə bərabər Lahıc misgərlik sənəti də bəşəriyyətin məxsus olub.
Diqqətə çatdırılıb ki, bu prosesləri uğurla həyata keçirmək üçün bir çox amillər lazımdır. Bunlardan bir də beynəlxalq aləmdə ölkəmizin nüfuza sahib olmasıdır. Vurğulanıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyəti nəticəsində buna nail olmuşuq.
Nazir eyni zamanda bildirib ki, 2016-cı il aprelin 25-dən 27-dək Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Misgərlik sənətinin vətəni olan Lahıcla bağlı video çarx nümayiş edildikdən sonra BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin və internet səhifəsinin təqdimatı olub.
Tədbir konsert proqramı ilə davam edib.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kechirilecek_BMT_Sivilizasiyalar_Alyansinin_7_ci_Qlobal_Forumunun_loqotipi_teqdim_olunub-913751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR