Putin milyarderləri Kremlə yığır, Vahid Ələkbərov da orada olacaq

Putin milyarderləri Kremlə yığır, Vahid Ələkbərov da orada olacaq
18:52 23 Dekabr 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin dekabrın 24-də iri biznesin nümayəndələri ilə görüşəcək.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, görüşdə iri korporasiyaların prezidentləri, özəl sektordan nüfuzlu biznesmenlər iştirak edəcək.

Belə görüş hər ilin sonunda keçirilir və ənənəvi xarakter daşıyır. Gözlənilir ki, Putin oliqarxlarla Rusiya iqtisadiyyatının vəziyyətini müzakirə edəcək.

Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib və görüşdə "Rusiya iqtisadiyyatının iri oyunçuları"nın iştirak edəcəyini deyib.

Dəvət olunanlar arasında "Sistema" maliyyə korporasiyasının nəzarət səhm paketinin sahibi, bir müddət əvvəl həbs olunan və daha sonra ev dustaqlığına buraxılan Vladimir Yevtuşenkov, "LUKoil" prezidenti Vahid Ələkbərov, "Rosneft" prezidenti İqor Seçin və digərləri var.

Görüşdə biznesə vergi yükünün azaldılması, kapitalın amnistiyası və deoffşorizasiya məsələləri qaldırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR