TÜRKSOY Azərbaycanın bir sıra mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb

18:57 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu gün Akademik Milli Dram Teatrında keçirilən tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov medalları onlara təqdim edib.
Mükafatçılar sırasında Azərbaycanın əməkdar incəsənət xadimi, Adana Çukurova Universitetinin professoru, Cahangir Novruzov, əməkdar incəsənət xadimi, Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, sənətşünaslıq elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadə və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud da var. 
Qeyd edək ki, TÜRKSOY görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili "Haldun Taner ili" elan edib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/turksoy-azerbaycanin-bir-sira-medeniyyet-ve-incesenet-xadimleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR