Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı

Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
19:05 23 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

APA-nın "news-am"a istinadən verdiyi məlumata görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrumetmə hökmü çıxarıb. T.Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR