Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

Cəza çəkməkdən azad olunmuş gənclərin cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür
19:08 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 23 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyi cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə “Keçmiş məhbus gənclərə hüquqi dəstək və həmin gənclərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması” layihəsini icra edir. Layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Cəza çəkməkdən azad edilən gənclərin sosial adaptasiyası və reabilitasiyası” mövzusunda tədbir təşkil olunub. Tədbir iştirakçılarına cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası, reabilitasiyası, məşğulluğunun təmin edilməsi, onlara sosial, hüquqi, psixoloji yardımların göstərilməsi istiqamətində geniş maarifləndirici məlumatlar verilib. Qeyd edilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd cəzaçəkmə müəssisələrindən azadlığa çıxan gənclər barədə müvafiq dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələri arasında geniş maarifləndirmə işinin aparılması və cəza çəkməkdən azad edilmiş gənclərin hüquqi, psixoloji və sosial problemlərinin həll olunmasına yardım göstərməkdən ibarətdir.
Layihə çərçivəsində “Cəza çəkməkdən azad edilmiş gənclərin hüquqları” adlı bukletlərin hazırlanması və nəşr edilməsi ilə əlaqədar işlərə başlanılıb. Bukletdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, ölkənin digər qanunvericilik aktlarından və məcəllələrindən, müvafiq dövlət orqanlarının normativ-hüquqi aktlarından çıxarışlar, cəza çəkməkdən azad etmənin hüquqi əsasları, cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiyası ilə bağlı müvafiq tədbirlər və sosial adaptasiya işini həyata keçirən orqanlar, onların bu sahədə hüquq və vəzifələri öz əksini tapacaq. Bununla yanaşı, cəmiyyətdə keçmiş gənc məhkuma mənfi münasibətin dəyişilməsi istiqamətində də müəyyən işlər aparılacaq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ceza_chekmekden_azad_olunmus_genclerin_cemiyyete_inteqrasiyasi_uchun_tedbirler_gorulur-913766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR