“Qarabağ”ın Antalyadakı bütün rəqibləri müəyyənləşib

“Qarabağ”ın Antalyadakı bütün rəqibləri müəyyənləşib
19:33 23 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Topaz Premyer Liqasının qış fasiləsinə lider kimi yollanan Ağdamın “Qarabağ” futbol komandası 2016-cı ilin hazırlığına Antalyada başlayacaq.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Qarabağ” komandası yanvarın 5-də Bakıda toplanacaq və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Yanvarın 24-dək Antalyanın Belek bölgəsində hazırlıq keçəcək “Qarabağ” 4 yoxlama oyunu keçirəcək.
“Qarabağ”ın yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Yanvarın 16-da Ağdam təmsilçisi İranın “Traktorsazi” (Təbriz), dörd gün sonra “Diosgjor” (Macarıstan), yanvarın 23-də Avstriyanın “Admira Vacker” və Polşanın “Jagelloniya” komandaları ilə qarşılaşacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR