"Kicker": Qvardiola "Mançester Siti"ni çalışdıracaq

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola 2016-cı ilin yayından etibarən "Mançester Siti"ni çalışdıracaq. Bu haqda Almaniyanın "Kicker" jurnalı məlumat yayıb.


Xəbərə görə, "şəhərlilər" hələ 2014-15 mövsümünün startı ərəfəsində Pep Qvardiola ilə danışıqlar aparıb. Ferran SorianoÇiki Beqiristaynın "Mançester Siti"də çalışması katalon məşqçinin qərarında həlledici olub. Qvardiolanın sözügedən insanlarla yaxın əlaqələri var.

"Mançester Siti"nin hazırkı baş məşqçisi Manuel Pelleqrini ilə olan müqaviləsi 2016-cı ilin yayında bitir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR