Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 23 Dekabr
20:09 23 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
İqtisadi böhran Rusiyanın gəlirlərini azaltdığı kimi, ölkədə varidatının dəyəri milyard dolları ötən iş adamlarının da sayını azaldıb. Əgər Rusiya prezidenti ötən il milyarderləri bir yerə yığsaydı, masa arxasında 111 milyarder əyləşəcəkdi. İndi masanın arxası boşalıb, ölkədə cəmi 88 milyarder qalıb. Boşalan təkcə “milyarderlər masası”nın arxasındakı stullar deyil, həm də ölkənin ən varlı şəxslərinin kassasıdır. Rəqəmlər müxtəlif və nisbidir, ən optimist hesablamalarla rusiyalı milyarderlər bu ilin ortasına kimi böhrandan nə az, nə çox, düz 77 milyard dollar zərərə düşüblər. Bu rəqəmin son altı ayda nə qədər artdığı hələlik məlum deyil. Məlum olan odur ki, bu milyarderlər “ziyanın yarısından qaçmaq da xeyirdir” prinsipi ilə öz vəsaitlərini kütləvi şəkildə ölkədən çıxarırlar. Rusiyada böhranı sürətləndirən məsələlərdən biri də məhz xaricə bu cür kapital axınıdır. Hökumət toplantılarında xaricdəki kapitalın ölkə iqtisadiyyatına yatırılmasının zəruriliyi dəfələrlə vurğulansa da, görünür imkanlı şəxsləri inandırmaq mümkün olmur. Çünki ortada ən azı Xodorkovski, Qusinski, Berezovski misalları var. Belə görünür ki, Putinin milyarderlərlə söhbət etməyə kifayət qədər mövzusu olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR