"Neft satışı ilə bağlı heç bir problemimiz yoxdur" - SOCAR

"Neft satışı ilə bağlı heç bir problemimiz yoxdur" - SOCAR
20:12 23 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Avropanın neft emalı zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur.

Bu barədə report-a SOCAR-dan məlumat verilib.

""Azeri Light" markalı neftin satışı ilə bağlı heç bir problemimiz yoxdur. SOCAR neft satışını bazar konyunkturasına uyğun formalaşan qiymətlər əsasında həyata keçirir. Ötən illər ərzində SOCAR "Azeri Light" neftinin satış bazarını kifayət qədər yaxşı inkişaf etdirə bilib. Müxtəlif regionlardan olan istehlakçılar daimi əsaslarla Azərbaycan neftini almağa üstünlük verirlər", - deyə SOCAR-dan bildirilib.

Qeyd edək ki, bəzi KİV-lərdə dünya bazarında neftin aşağı qiymətə satılması səbəbindən Avropanın əksər neft emalı zavodlarının emal xərclərini azaltdığı və buna görə guya "Azeri Light" neftindən imtina edərək, daha ucuz neft markaları almağı üstün tutduğu barədə xəbərlər yayılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/392603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR