“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Həmkarlar kuboku”nda 20-dən komanda yarışacaq

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Həmkarlar kuboku”nda 20-dən komanda yarışacaq
20:23 23 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə dekabrın 24-də Bakıda ali məktəblərin tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi “Həmkarlar kuboku” turnirinin final mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, final mərhələsində Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərindəki 20-dən çox ali məktəbin komandaları iştirak edəcək.
İkimərhələli turnirdə əvvəlcə ali məktəblərdə fakültələr arasında yarışlar təşkil olunub. Həmin yarışların nəticəsində hər ali təhsil müəssisəsi üzrə formalaşdırılan komandalar ikinci mərhələdə çıxış etmək hüququ qazanıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ne_Harada_Ne_zaman_oyunu_uzre_Hemkarlar_kubokunda_20_den_komanda_yarisacaq-913795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR