"Qaz 24" yük maşınının altında qaldı - sürücü öldü

"Qaz 24" yük maşınının altında qaldı - sürücü öldü
20:32 23 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 19 radələrində Bakı-Qazax avtomagistralının Göygöl rayonu Balçılı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, "QAZ 24 10" markalı avtomobillə yük maşını toqquşub. Nəticədə "QAZ 24 10"un sürücü Daşkəsən rayon, Astaf kənd sakini Azər adlı şəxs dünyasını dəyişib.

Polis faktla bağlı araşdırmalara başlayıb. İlkin ehtimala görə, qəzaya "QAZ 24 10" markalı avtomobilin qaydalara zidd olaraq yolda əks istiqamətdə hərəkət etməsi səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/392613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR