Georgi Nikolovdan duyğusal vida: "Kainatın da sonu olacaq"

Georgi Nikolovdan duyğusal vida:   "Kainatın da sonu olacaq"
20:37 23 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Müşahidə Şurasının qərarı ilə "İnter"dən ayrılan sabiq prezident Georgi Nikolov vətəni Bolqarıstana yollanmazdan öncə son sözlərini bildirib. Fanat.az xəbər verir ki, o hamıya təşəkkür edib:


"Alimlər deyir ki, hətta Kainatın da sonu olacaq. Futbol klubunun prezident mandatı haqda danışmaq artıqdı. 10 il vaxt həm az, həm də çoxdu. Bu sizin etmək istədiyinizdən asılıdı. 


"İnter"də isə çox yaxşı şeylər etdik. Bu illər ərzində bizim klubun ideyalarını dəstəkləyən hamıya təşəkkürümü bildirirəm. Və klub formalaşdı. Ən əsası budu. Məhz biz buna çalışırdıq. 


Hamıya təşəkkür edirəm. Sizsiz bizim balaca kainatımız olmazdı. Ürəkdən Sizin əllərinizi sıxıram və futbol dünyasında qazanılacaq yeni uğurlar arzulayıram.


Sizin Georgi Nikolov".


Qeyd edək ki, artıq onun Beynəlxalq Bank işi ilə bağlı ölkə xaricinə çıxışına qoyulmuş qadağa da aradan qaldırılıb. 



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-georgi-nikolovdan-duyusal-vida-t46372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR