Prezident İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına rektor təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin olunub.
Qeyd edək ki, Fuad Hacıyev Gənclər və İdman Nazirliyində Aparat rəhbəri postunu tutub. Prezident bu ilin əvvəlində onu Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Onu da qeyd edək ki, ADBTİA-nın rektoru Ağacan Abiyev millət vəkili seçildiyindən istefa vermişdi.
Fanat.az