Norveçin şelf əraziləri üzrə saziş ləğv edilib

Norveçin şelf əraziləri üzrə saziş ləğv edilib
21:22 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Norveçin müstəqil neft və qaz şirkəti "Tellus Petroleum"un tələbi ilə Almaniyanın "Wintershall" şirkəti bu il iyunun 18-də imzalanan alqı-satqı müqaviləsindəki Norveç şirkətinin öhdəliklərini ləğv edib.
"Report" xəbər verir ki, sazişə görə, "Tellus Petroleum" Norveçin şelf ərazisində bir neçə işlənməmiş neft yatağında pay almalı idi.
Qeyd edək ki, "Tellus Petroleum" 2012-ci ildə yaradılan müstəqil neft və qaz şirkətidir. "Wintershall Holding GmbH" isə Almaniyanın ən böyük neft və qaz istehsal edən şirkətlərindən biridir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR