Çexiyanın Baş nazirinin “Twitter” akkauntuna haker hücumu olub

Çexiyanın Baş nazirinin “Twitter” akkauntuna haker hücumu olub
21:23 23 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 23 dekabr, AZƏRTAC
Bu gün səhər hakerlər Çex Respublikasının Baş naziri Boquslav Sobotkanın “Twitter” sosial şəbəkəsindəki profilinə hücum ediblər. Baş nazir Vrbetits rayonunda olmasına baxmayaraq, onun profilində qaçqınlara qarşı irqçilik məzmununda bir sıra müraciətlər peyda olub.
Sonra profildə ingilis dilində ksenofobiya yönümlü fikirlər yer almağa başlayıb. Bunlar Baş naziri xaricdə nüfuzdan salmalı idi. Hazırda Baş nazirin kabineti vəziyyəti yoluna qoymaqla məşğuldur. Hökumət administrasiyası yaxın günlərdə Baş nazirin profilinə müdaxilə faktı haqqında məhkəməyə müraciət edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR