Sürücülər bunu bilməlidir - VİDEO

Sürücülər bunu bilməlidir - VİDEO
21:27 23 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, yanvar ayından avtomobilində tibb çantası olmayan sürücülər cərimələnəcək. Bəs tibb çantası olan sürücülər qəzada xəsarət alan sərnişinə və ya piyadaya ilkin tibbi yardım göstərə bilirlərmi?

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, hər bir sürücü avtomobilində olan tibb çantasındakı ləvazimatlardan istifadə etməyi bacarmalıdır. Hətta süni nəfəs verməyi belə bilməlidir.

Yəni avtomobilə tibb çantası qoymaq kifayət deyil.

Görünən odur ki, bir çox sürücü həkimə qədər tibbi yardımı kor təbi bacarır. Əslində qəza zamanı xəsarət almış şəxsin bədənində qanaxma varsa ilk olaraq həmin damar müəyyən edilməlidir. Əgər qan al qırmızıdırsa deməli arteryal damar kəsilib və qan axan hissədən təxminən 5-10 sm yuxarıdan rezinlə bağlamaq lazımdır. Venoz damar kəsiləndə isə tünd qırmızı qan axır və ona pambıqla tampon qoymaqla ilkin yardım etmək olar.

Sınıq və travmalara gəldikdə isə bu cür xəsarət alanları təcili yardım avtomobili gələnə qədər tərpətməməklə düz yerdə saxlamaq lazımdır. Ekspertlər qeyd edir ki, sürücülük vəsiqəsi üçün imtahandan keçənlər bu məlumatları bilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR