Vardi "zadəganlar"ın diqqət mərkəzinə düşüb

Vardi "zadəganlar"ın diqqət mərkəzinə düşüb
21:52 23 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Leicester City"nin hücumçusu Ceymi Vardi Londonun "Chelsea" klubunun diqqət mərkəzinə düşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Roman Abramoviçin klubu 28 yaşlı forvardı qışda heyətə cəlb etmək istəyir. Vardinin qiyməti 40 milyon avro göstərilir. "Tülkülər" isə bombardiri ilə yollarını ayırmaq fikrində deyil. Klub tezliklə ingilis oyunçuya əlverişli şərtlərlə yeni müqavilə təklif edə bilər. "Zadəganlar"dan başqa Mançester şəhərinin iki klubu da Vardini izləyir. "City" Aqueronun zədələrinə qarşı kompensasiya kimi Vardini istəyirsə, "qırmızı şeytanlar" hücum xəttindəki problemləri onunla həll etmək istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR