Turizm üçün lisenziya tələb olunmayacaq - VİDEO

Turizm üçün lisenziya tələb olunmayacaq - VİDEO
22:05 23 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Artıq Azərbaycanda turizm sahəsində sahibkarlıq fəaliyyəti üçün lisenziya tələb olunmayacaq. Ekspertlər bunun ölkədə turizmin inkişafina, Azərbaycana xarici turistlərin cəlb edilməsi və daxili turizmin inkişafına xidmət edəcəyi qənaətindədirlər.

Azərbaycanda turizm fəaliyyəti üçün lisenziyalar ləğv olunub. Prezident İlham Əliyevin fərmanı ilə turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, indiyə qədər turizm fəaliyyəti üçün lisenziyaya 5500 manat, mehmanxana fəaliyyəti üçün isə 1500 manat dövlət rüsumu ödənilirdi.

Ekspertin fikrincə, lisenziyaların ləğvi daxili turizmin də inkişafına təkan verəcək. Çünki indiyyə qədər istər mehmanxananın, istərsə də turizm şirkətinin yaxşı olub-olmamasını müvafiq qurumlar müəyyən edirdi.

Sahibkarlar üzərində yoxlamaların 2 illik dayandırılması, 1 və 2 ulduzlu otelləri tikənlərə müxtəlif güzəştlərin edilməsi kimi qərarlardan sonra, bu addım turizmin inkişafına yönələn silsilə tədbirlərin bir hissəsi sayılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR