Sahibkarlardan pul yığan dələduzlar - VİDEO

Sahibkarlardan pul yığan dələduzlar - VİDEO
22:32 23 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

İndi sizə "reket"çiliyin elə bir formasını təqdim edəcəyik ki, bəlkə də bir çoxlarınız buna inanmayacaqsınız. Söhbət bəzi QHT rəhbərlərinin sahibkarların başına açdıqları oyunlardan gedir. Deməli, bəzi QHT-lər mağazaları gəzərək monitorinq apardıqlarını və hər hansı neqativ halla rastlaşacaqları təqdirdə onları külli miqdarda cərimələyəcəklərini deyirlər və bu yolla sahibkarlardan pul toplayırlar.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, dövlətin sahibkarlığın inkişafını prioritet sahə elan etdiyi bir vaxtda bəzi ictimai birliklər sahibkarları təhdid edərək pul toplayır. Bu isə sahibkarları təngə gətirir.

Məsələ ilə bağlı adı hallandırılan ''İstehlakçıların marifləndirilməsi və hüquqlarının müdafiəsi icitimai birliyi''nin əməkdaşı Pərviz Kərimovla telefon əlaqəsi saxladıq.

Suallarımızın bir qismini cavablandıran Pərviz Kərimov vəziyyətin kəskinləşdiyini görüb telefonu söndürdü.

Milli QHT Formunun prezidenti Rauf Zeyni bildirdi ki, ictimai birliklərin bu şəkildə fəaliyyət göstərməsi qanunsuzdur və məsələ araşdırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR