“Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər qəbul olunub

14:07 30 Dekabr 2014
96 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 14:06 ]

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.


Qanunun 31.6-cı maddəsinə edilən dəyişikliyə əsasən attestasiya zamanı dövlət qulluqçularına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan suallar verilə bilməyəcək. 31.5-ci maddənin yenilənmiş variantına görə isə attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır. Qanunun 31.16-cı maddəsinə edilən digər dəyişikliyə görə attestasiya vərəqələrinə attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə yanaşı, attestasiya zamanı verilən suallar və cavablar da yazılacaq. Qanuna əlavə edilmiş 31.22-ci maddədə isə bildirilir ki, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 

Layihə səsə qoyularaq qəbul olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR