​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin əksəriyyəti fəaliyyətini dondurub

​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin əksəriyyəti fəaliyyətini dondurub
23:02 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalında yer alan 13 xidmətindən bəzilərinin fəaliyyəti dayandırılıb. "Report"un e-gov.az portalında apardığı monitorinqin nəticələrinə görə, ƏƏSMN-ə məxsus yalnız 5 elektron bu portalda xidmət işləkdir.
Monitorinqlər nəticəsində məlum olub ki, adıçəkilən quruma məxsus ümumilikdə 8 xidmət müvəqqəti olaraq dayandırılıb.
Hazırda fəaliyyəti dayandırılan "Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu", "Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu", "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu", "İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyətı dövlət strukturuna məlumatların verilməsi", "Məşğulluq orqanları vasitəsilə iş axtarışı", "Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu", "Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətləridir.
Nazirliyin fəaliyyətini davam etdirən xidmətləri isə "İş yerinə dair arayış", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi", "İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru", "Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator" və "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" xidmətləridir.
"e-Hökumət" portalının operatoru olan Məlumat Hesablama Mərkəzindən (MHM) "Report"a bildirilib ki, ƏƏSMN-ə məxsus bəzi xidmətlərin dayandırılması Azərbaycan Prezidentinin 14 sentyabr 2015-ci il tarixli "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Fərmanı" ilə əlaqədardır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib "Report"un sorğusuna cavab olaraq bildirib ki, xidmətlər yenilənmiş variantda istifadəyə veriləcək:
"Bilirsiniz ki, son dövrlərdə nazirliyin fəaliyyət istiqamətləri üzrə islahat tədbirləri həyata keçirilir. Həmin islahat tədbirlərinə uyğun olaraq son iki ildə yeni elektron xidmətlər istifadəyə verilib və hazırda bu xidmətlər bütün ölkə üzrə ən cox istifadə olunan xidmətlərdir. Bununla yanaşı indiyə qədər mövcud olan e-xidmətlər aparılan islahatlara uyğun olaraq təkmilləşdirilir və tədricən hamısı yenilənmiş variantda istifadəyə veriləcək".








Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/emek-ve-ehalinin-sosial-mudafiesi-nazirliyinin-elektron-xidmetlerinin-ekseriyyeti-fealiyyetini-dond

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR