Azərbaycan Prezidenti: "Bizim idman uğurlarımız ildən-ilə artır"

Azərbaycan Prezidenti: "Bizim idman uğurlarımız ildən-ilə artır"
23:22 23 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bizim idman uğurlarımız ildən-ilə artır. Medalların sayı da artır. İdmançılar beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu il beynəlxalq yarışlarda idmançılarımız 823 medal qazanmışlar. Onlardan 321-i qızıl medaldır. Qazanılmış medalların statistikasına baxsaq görərik ki, medalların sayı ildən-ilə artır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

Bunun Azərbaycanda idmanın uğurla, dinamik şəkildə inkişaf etməsinin göstəricisi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizdə gözəl gənc nəslin yetişdiyini bildirib. Azərbaycan Prezidenti xüsusilə vurğulayıb ki, gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər.

"Bu, onu göstərir ki, Azərbaycanda idman siyasəti düşünülmüş şəkildə aparılır. Yeni nəsil yetişir, görkəmli idmançılar idman karyerasını başa vurduqdan sonra onların böyük əksəriyyəti idmandan ayrılmır. Onlar öz fəaliyyətini məşqçi, mütəxəssis kimi davam etdirirlər. Bir sözlə, bu siyasət və əldə edilmiş nailiyyətlər imkan verəcək ki, gələcəkdə də Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etsin", - deyə Prezident İlham Əliyev bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR