İmamverdiyevdən 100-cü qol

İmamverdiyevdən   100-cü qol
00:47 24 Dekabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz” - “Neftçi” duellərində 100-cü qol vurulub. Fanat.az xəbər verir ki, 41-ci dəfə qarşılaşan komandaların Gəncədəki duelində (1:1) bakılıların bərabərlik qolunu vuran Cavid İmamverdiyev bu yubiley qolunun müəllifi olub. 

Ümumi top fərqində “Neftçi” 63:37 hesabı ilə öndədi. Bu da komandanın daha çox - 19 qələbə qazanıb, 15 dəfə uduzması ilə bağlıdı. Rəqiblər 7-ci dəfə heç-heçə edib.


Bunadək ölkə çempionatlarında 7 cütdə 100 və daha çox qol vurulmuşdu. Rekord isə “Qarabağ” - “Bakı” matçlarına təsadüf edir - 123 qol (69-54). “Qarabağ” - “Neftçi” oyunlarında 119 (60-59), “Turan” - “Kəpəz” duellərində 112 (56-56), “Neftçi” - “Bakı” matçlarında 111 (70-41) qol qeydə alınıb. “Neftçi” - “İnter” oyunlarında 108 (62-46), “Neftçi” - “Turan” matçlarında 104 (69-35), “Kəpəz” - “Qarabağ” görüşlərində 101 (51-50) qol vurulub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mamverdiyevdn-t46378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR