Lənkəranda “Mercedes” qaz xəttinə çırpıldı

Lənkəranda “Mercedes” qaz xəttinə çırpıldı
00:54 24 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 23-də saat 23.30 radələrində rayonun Türkəkəran kəndi ərazisində qeydə alınıb.

 

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarında qaz xəttinə çırpılıb. Xoşbəxtlikdən güclü zərbə nəticəsində insan tələfatı baş verməsə də, zədələnmiş qaz xətti sızmağa başlayıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, həmçinin Lənkəran Rayon Qaz İstismar Sahəsinin qəza briqadası cəlb olunublar. Hazırda onların səyləri ilə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR