PKK liderinin Moskva səfəri (VİDEO)

PKK liderinin Moskva səfəri (VİDEO)
00:56 24 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

PKK-ya yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Rusiyaya səfəri zamanı xarici işlər naziri Sergey Lavrovla görüşüb.

ANS TV-nin məlumatına görə, prezident Vladimir Putinin dəvətilə baş tutan səfər çərçivəsində Dəmirtaş ilk olaraq Rusiyanın xarici işlər naziri Serqey Lavrovla görüşüb.

Lavrov Moskva və Ankara münasibətlərindəki böhranin Türkiyə xalqına şamil edilmədiyini deyib. O, Suriyada münaqişənin həlli üçün terrora qarşı mübarizə aparan tərəflərin öz səylərini birləşdirməli olduğunu söyləyib:

“Biz bilirik ki, əlində silahla quruda “İŞİD”ə və digər ekstremist qruplaşmalara qarşı duranlar arasında İraq və Suriya kürdləri də var. Biz bundan sonrakı işimizdə sizin də qiymətləndirmələrinizi nəzərə almağa hazır və bunda maraqlı olacağıq”.

Dəmirtaş isə dırnaqarası "bu ağır zamanda Rusiya ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini” deyib. O bildirib ki, Ankara Rusiyaya məxsus “SU-24” təyyarəsini vurmaqla düzgün addım atmayıb.

Dəmirtaş Lavrovla görüşdə həmçinin deyib ki, Rusiya və Türkiyə arasında münasibətlər hər iki dövlətin təşəbbüsü ilə bərpa edilməlidir.

Səlahəddin Dəmirtaş səfərinin məqsədinin partiya təmsilçiliyi açmaq olduğunu desə də, siyasi şərhçilər bunu Putinin Türkiyəyə qarşı yeni qıcıqlandırıcı addımı hesab edirlər.

Onların fikrincə, rəsmi Moskva Türkiyəyə qarşı yalnız iqtisadi deyil, artıq siyasi rıçaqlardan da istifadə etməyə başlayıb.

“Rusiya PKK kartından Türkiyəyə qarşı istifadə edir. Dəmirtaş Rusiyadan yeni təlimatlar alacaq. O, təlimatların həyata keçirilməsini gəlib Qəndildə oturanlarla müzakirə edəcək və Türkiyə daxilində sabitliyi pozmaq üçün addımlar atmağa başlayacaqlar”, - deyə politoloq Qabil Hüseynli bildirib.

Amma politoloq Rusiyanın niyyətinin baş tutmayacağını, bu sövdələşmələrin elə sövdələşmə olaraq qalacağını deyir. Çünki Türkiyə güclü dövlətdir, Putinin dəstəyinə rəğmən PKK və onun qolları əməliyyatlar nəticəsində artıq çox zəifləyib.

Amma onu da unutmaq olmaz ki, HDP Türkiyə Böyük Millət Məclisində təmsil olunur və deputat sayına görə üçüncü partiyadır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR