Azərbaycanda hər kəs otel aça biləcək

Azərbaycanda hər kəs otel aça biləcək
01:11 24 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanının icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırıb.

Bəs bu, sadə insanlara nə fayda verəcək? Dolların kəskin bahalaşması, manatın üzən məzənnəyə keçməsi fonunda bu, hansı müsbət tendesiyaya yol aça bilər?

ANS PRESS-ə müsahibə verən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini Müzəffər Ağakərimov deyir k, bu məsləyə ikitərəfli yanaşmaq olar:

"Bir bir tərəfdən sahibkarlar üçün, eləcə də, turizm sahəsinin inkişafı üçün xeyirli olacaq. Lakin hər kəsə də imkan vermək olmaz ki, istədiyi yerdə mehmanxana açaraq, insanları aldatsın. Qiymətlərdən anlayışı olmayanlar həmin süni qiymətlərlə otel biznesi ilə məşğul olanların "tor"una düşə bilər. Ona görə nazirlik bununla bağlı xüsusi bir layihə hazırlamalı, bu sahədə biznes quranlara şərtlər qoymalıdır. Hər yerindən duran turizm şirkəti aça bilməz", - deyə müavin əlavə etdi.


Müzəffər Ağakərimov - Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini


Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyir ki, lisenziyalar sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə ləğv olunub:

"Nazirlik mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə və turizm fəaliyyətinə xüsusi lisenziya verilməsini ona görə ləğv edib ki, turizm sahəsində biznes mühiti daha da əlverişli inkişaf etsin, dövlətin bu sahənin inkişafına diqqət və qayğının olması bir daha sübut olunsun", - deyə qurum rəsmisi bildirdi.


Vüqar Şıxəmmədov - Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Qeyd edək ki, ölkə başçısı 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman verib. Fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə təşkil edilməsi nəzərdə tutulsa da, bu gün isə bu sahədə lisenziya tamamilə ləğv olunub.


Devalvasiya yaşayan bir ölkə vətəndaşları üçün bu çoxlarının sevincinə səbəb olacaq bir fərmandır. Bundan sonra sahibkar daha rahat, maneəsiz şəkildə turizm sahəsində öz biznesini qura və qazana bilər. İnanırıq ki, bu fəaliyyət həm turizm sahəsinin inkişaf etməsinə, həm də ölkə büdcəsinin artmasına səbəb ola bilər.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR