"Neftçi"nin baş məşqçisi rəsmən açıqlandı

"Neftçi"nin baş məşqçisi rəsmən açıqlandı
02:11 24 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”ninMüşahidə Şurasının iclası keçirilib.

ANS PRESS-in məlumatına görə, iclasda iki qərar qəbul edilib.

Bunlardan biri baş məşqçi məsələsi olub. Komandanın əcnəbi mütəxəssisə tapşırılması gözlənilsə də, Müşahidə Şurası fərqli qərar qəbul edib. Belə ki, Əsgər Abdullayev baş məşqçi postunda saxlanılıb. Müşahidə Şurası əlavə olaraq klubun maddi xərclərinin mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırılmasına da qərar verib. Bu barədə İcraçı direktor Elnur Məmmədova müvafiq tapşırıq verilib.


Müşahidə Şurası

Ölkə mətbuatında "Neftçi" klubunun rəhbərliyinin yeni baş məşqçi axtarışlarını Serbiyada apardığı barədə məlumatlar yayılmışdı. Yazılanlara görə, Serbiyanın "Radniçki" komandasında çalışan Milan Rastavaç paytaxt təmsilçisində çalışa bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR