Musiqili Teatrın aktrisası xeyriyyə konserti verəcək

Musiqili Teatrın aktrisası xeyriyyə konserti verəcək
02:38 24 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva xeyriyyə konserti verəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 30-da baş tutacaq konsert proqramı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında keçiriləcək. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunacaq konsertdə Qar qızın uşaqlara xüsusi hədiyyələri olacaq. Qar qız obrazını gənc aktrisa, konsertin təşkilatçısı Ülviyyə Əliyeva canlandıracaq.
Konsert proqramında Şaxta baba, klounlar, nağıl personajlarının iştirakı ilə maraqlı səhnəciklər nümayiş olunacaq və klinikada xəstə yatan bütün uşaqlara sürprizlərlə dolu hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, bu, Ülviyyə Əliyevanın ilk xeyriyyə konserti deyil. O, ötən ay Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə elə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında konsert proqramı ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqili_Teatrin_aktrisasi_xeyriyye_konserti_verecek-913860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR