Tovuzda “Opel”lə “Hyundai” toqquşdu: 4 yaralı

Tovuzda “Opel”lə “Hyundai” toqquşdu: 4 yaralı
02:39 24 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonu, Düzqırıxlı kəndində “Opel” və “Hyundai” markalı avtomobillər toqquşub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə “Opel” markalı minik avtomobilində olan 4 nəfər xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 00:40-da başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR