Yəməndə toqquşmalar: 19 ölü, 35 yaralı

Yəməndə toqquşmalar: 19 ölü, 35 yaralı
04:14 24 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) arasında növbəti toqquşmalar baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə19 nəfər ölüb, 35 nəfər yaralanıb.

 

Döyüşlərdə 9 üsyançı və 10 hökumət qüvvələrinin hərbçisi ölüb.

 

Xatırladaq ki, dekabrın 15-dən Yəməndə yeddi günlük atəşkəs elan olunmuşdu. Bu müddət ərzində baş vermiş döyüşlərdə azı 75 nəfər ölüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR