Azərbaycanın xarici siyasəti müstəqil xarakter daşıyır (VİDEO)

Azərbaycanın xarici siyasəti müstəqil xarakter daşıyır (VİDEO)
04:26 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün biz Azərbaycanın apardığı xarici siyasətlə bağlı 2015-ci ilin yekunlarını müzakirə edəcəyimiz anda hamının marağına səbəb ola biləcək bir məlumat yayıldı.

Məlumatda Milli Məclisə ABŞ-da insan hüquqları vəziyyəti haqqında qanun layihəsi təqdim olunub.

Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Nəzər Nöqtəsi”ndə bütün bunlara aydınlıq gətirib.

- Bir saat bundan öncə Milli Məclisə ABŞ-da insan hüquqları vəziyyəti haqqında qanun layihəsi təqdim olunub. Layihədə qeyd edilir: ABŞ konqresmenlərinə, senatorlara, ailə üzvülərinə, ABŞ rəhbərliyilə iş birliyində olanlara, ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlara vizanın verilməsindən imtina etmək. Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması, ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlamaq, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanmaq. Kifayyət qədər çox sərt və ciddi bir qanun layihəsidir. Hikmət müəllim düzdür ilk atəş ABŞ-dan gəldi. İkincisi isə bizdən. Bu Azərbaycanın soyuq müharibəyə hazırlığı məsələsidir?

– Kütləvi informasiya vasitələrində yayılan bu məlumatla verlişə gəldiyim zaman tanış oldum. Sadəcə olaraq onu əlavə edə bilərəm ki, qanunverici hakimiyyət orqanının fəaliyyətinə və salahiyyət dairəsinə aid olan məsələni şərh etmirik.

– Amerika Birləşmiş Ştatlarında belə bir layihə hazırlanıb. Artıq bizdə də ortada belə bir qanun layihəsi var. Bu qanun layihələrinin olmasına baxmayaraq, yəni necə ki, layihələr qəbul olunmayıb - Xarici İşlər Nazirliyi Amerika ilə əlaqələrini davam etdirəcəkmi, danışıqlar aparılacaqmı və ortaq məxrəcə gəlmək üçün cəhdlər olacaqmı?

– Hər iki ölkədəki qanunverici orqanların fəaliyyətindən aslı olmayaraq ABŞ-la Azərbaycan Respublikası arasında əlaqələr var. Bu əlaqələrin inkişaf perespektivliyi isə bəllidir. Son dövrlər ərzində Amerika Birləşmiş Ştatları Administrasiyası tərəfindən Azərbaycana olunan müraciətlərdə və həyata keçirilən səfərlərdə də əməkdaşlığın gələcək perespektivliyinə dair fundamental məsələlər qoyulmuşdur. Belə ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ABŞ-la Azərbaycan arasında enerji təhlükəsizliyi, terroriz, qlobal təhdidlərə qarşı mübarizə, o cümlədən də iqtisadiyyat, ticarət və digər sahələrdə çox geniş miqyaslı əməkdaşlıq vardı. Hesab edirik ki, bu əməkdaşlıq birgə səylərlə qarşıdan gələn dövr ərzində daha da inkişaf etdiriləcəkdir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR