Cənubi Amerikada daşqınlar:100 min nəfər evakuasiya olundu

Cənubi Amerikada daşqınlar:100 min nəfər evakuasiya olundu
05:34 24 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Güclü daşqınlar nəticəsində Paraqvay və Uruqvayın yaşayış məntəqələrindən 100 mindən çox insan evakuasiya olunub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Paraqvayın bir sıra ərazilərində fövqəladə vəziyyət tətbiq edilib.

 

Tək Paraqvayın paytaxtı Asunson şəhərində təxliyə olunanların sayı 72,5 min nəfərə çatıb. Daşqınlara səbəb Paraqvay çayında suyun səviyyəsinin 7,6 metrədək artması olub.

 

Yerli meteoroloqların proqnozlarına əsasən, bu, son 60 ilin ən güclü daşqını ola bilər.

 

Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlıim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR