İspaniyada Buğa bürcündən olanlara Bakıya səfər etmək məsləhət görülür

İspaniyada Buğa bürcündən olanlara Bakıya səfər etmək məsləhət görülür
06:33 24 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 24 dekabr, AZƏRTAC
İspaniyanın elconfidencial.com portalı, 2016-cı il üçün səfər qoroskopu tərtib edib. Burada hər bürcə onun xarakterinə uyğun səfərlər məsləhət görülür. Buğa bürcündən olanlara Azərbaycan paytaxtı Bakıya səfər etmək məsləhət edilir.
Macəra sevən, yeniliklər axtaran insanlar kimi xarakterizə olan Buğa bürcü altında doğulanlara, Qafqazda, Xəzərin sahilində yerləşən əsrarəngiz Bakıya səfər tövsiyə olunur. Deyilir ki, Bakı müasirliyin və tarixin vəhdət təşkil etdiyi sehrli bir məkandır. Bakıda İçərişəhərdə qədimliyin şahidi ola, Dövlət Filarmoniyasında və teatrlarda müasir incəsənətdən həzz ala bilərsiniz.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_Buga_burcunden_olanlara_Bakiya_sefer_etmek_meslehet_gorulur-913864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR