ABŞ yanvardan dünya neft bazarına qayıdır

ABŞ yanvardan dünya neft bazarına qayıdır
07:09 24 Dekabr 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

Neft ixracına qoyulmuş 40 illik qadağanın ləğvindən sonra  “Enterprise Products Partners” şirkəti 2016-cı ilin yanvarında ABŞ neftini dünya bazarına çıxaracaq.

 

APA-nın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi xəbərə görə, yeni ilin ilk həftəsində Xyuston terminalından 600 min barel neft yüklənəcək.

 

ABŞ neftinin ilk partiyasını Niderlandın “Vitol Group” şirkəti əldə edəcək. Neft əvvəl İsveçrədə yerləşən, Şimali Avropanı dizel və digər növ yanacaqlarla təchiz edən neft emalı zavoduna çatdırılacaq. Bildirilir ki, yeni tədarük ediləcək ABŞ nefti Səudiyyə Ərəbistanı, Rusiya və İran nefti ilə rəqabət aparmağa qadirdir.  

 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb. Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.

 

ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt  Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR