Saakaşvili: "Ukraynada vəziyyət bugünkü kimi bərbad olmamışdı"

Saakaşvili: "Ukraynada vəziyyət bugünkü kimi bərbad olmamışdı"
07:37 24 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Korrupsiyanın səviyyəsi və iqtisadiyyatın ümumi vəziyyəti göstərir ki, Ukraynada vəziyyət bugünkü kimi bərbad olmamışdı.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Kiyevdə keçirilən korrupsiyaya qarşı yığıncaqda bildirib.
 
"Mən Ukraynada olduğum müddətdə bir nəfər görməmişəm desin ki, Yanukoviçin dövrü ilə müqayisədə korrupsiya azalıb. Əksinə, hər gün eşidirəm ki, rüşvət məbləğləri artır. Kiçik və orta biznesin nümayəndələri dönə-dönə təkrarlayırlar ki, korrupsiya əvvəllər bu miqyasda olmayıb", deyə M.Saakaşvili vurğulayıb.
 
Qeyd edək ki, dekabrın 23-də Kiyevdə M.Saakaşvilinin rəhbərliyi ilə korrupsiyaya qarşı yığıncaq keçirilib, Ukraynada genişmiqyaslı antikorrupsiya hərəkatının yaradıldığı bəyan edilib. Hərəkatın hər hansı siyasətçi və yaxud partiya üçün yaradılmadığını qeyd edən M.Saakaşvili bildirib ki, bu cür tədbirlər Ukraynanın digər regionlarında da keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR