Bu da "iPhone 7"

Bu da "iPhone 7"
07:52 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Daima müştərilərini texnoloji yenilikləri ilə sevindirən "Apple" yenə istifadəçilərini sevindirməyə hazırlaşır. Milli.Az musavat.com-a istinadən bildirir ki, şirkət "iPhone 7" modeli üzərində çalışır. 

Artıq bu modelin internetdə görüntüsü də yayılıb. Düzdür, hələlik görüntünün "iPhone 7"yə məxsus olub-olmaması barədə rəsmi açıqlama verilməyib. Model yenilənmiş dizayna malikdir. Onun olduqca nazik çərcivəsi var. Prototipin əsas ekran düyməsinin və 3.5 mm-lik qulaqlıq girşinin olmaması digərlərindən onu fərqləndirir. "Apple" loqosu isə telefonun arxa hissəsində kameranın aşağısında yerləşir. 

Daha öncə də "iPhone 7"yə məxsus olduğu iddia edilən görüntülər yayılmışdı. Hətta yeni modelin sentyabr ayında təqdim ediləcəyi də deyilirdi.  "Apple" 1976-cı il aprel ayının 1-də Stiv Cobs Voznyakvə Ronald Uayn  iki tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firmasıdır. Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının  Kaliforniya Kupertino şəhərində yerləşir. 

Bir neçə gün öncə "Apple"nin telefonun kamera hissəsini təkmilləşdirmək məqsədilə 800 nəfər mühəndisi işə götürməsi barədə xəbərlər yayılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/392664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR