Yol qəzasında 4 nəfər xəsarət alıb

Yol qəzasında 4 nəfər xəsarət alıb
07:52 24 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Tovuz rayonu, Düzqırıxlı kəndində "OPEL" və "HYUNDAİ" markalı 2 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə, "OPEL" markalı minik avtomobilində 4 nəfər xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Əməliyyat saat 00:40-da başa çatıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR