Madonna sabiq ərini məhkəməyə verdi - FOTO

Madonna sabiq ərini məhkəməyə verdi - FOTO
09:47 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni, pop-musiqinin kraliçası adlandırılan Madonnanın oğullarından biri Rokko Riçi atası, britaniyalı rejissor Qay Riçi ilə qalmaq istəyir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, müğənni məhkəməyə müraciət edərək oğlunu Londondan Nyu-Yorka qaytarmaq istəyir.

"Rokko açıq-aşkar deyib ki, Nyu-Yorka qayıtmaq istəmir, atasının yanında qalmaq fikrindədir", - Qay Riçinin vəkili deyib.

Madonna və Qay Riçi 7,5 illik nikahdan sonra 2008-ci ildə boşanıblar.

Madonna Nyu-Yorkun Manhetten səmtinin Ali Məhkəməsinə müraciət edib.

Onun oğlu, 15 yaşlı Rokko hazırda atası Qay Riçi və onun arvadı Ceki Eynsli ilə birlikdə Londonda yaşayır.

Qay Riçi və Eynslinin üç övladları (4 yaşlı Rafael, 3 yaşlı Rivka və 1 yaşlı Levi) var.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR