​Azərbaycan nefti bahalaşıb

​Azərbaycan nefti bahalaşıb
09:47 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "AzeriLTCIF" markalı xam neftin bir barelinin qiyməti 0,54 dollar yaxud 1,46% bahalaşıb.
"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,47 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-neft-bahalasmaqda-davam-edir3323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR