Səudiyyə Ərəbistanında xəstəxana yandı, 25 ölü

Səudiyyə Ərəbistanında xəstəxana yandı, 25 ölü
10:11 24 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında xəstəxana yandı, 25 ölü
Yanğının nədən başladığı bəlli deyil.
Səudiyyə Ərəbistanında xəstəxana yanıb. ANS PRESS-in "Reuters"ə istinadla verdiyi məlumata görə, hadisə gecə saatlarında ölkənin cənubundakı Jizan şəhərində qeydə alınıb.

Yanğın ən çox reanimasiya və doğuş şöbəsinə ziyan vurub. İlkin məlumata görə, hadisə 25 nəfərin ölümü ilə nəticələnib.
Ölkənin Mülki Müdafiə Xidmətinin məlumatına görə, 107 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.

Hələlik yanğının səbəbləri dəqiqi bəlli deyil. Bunu müəyyən etmək üçün araşdırmalar başlanılıb. Lakin alovlara elektrik xətlərindəki qısaqapanmanın yol aça biləcəyi istisna edilmir.

Cizan Mülki Müdafiə Xidmətinin rəisi Saad el-Gamidinin sözlərinə görə, yanğın xəstəxananın birinci mərtəbəsində başlayıb. Burada isə adıçəkilən şöbələrlə yanaşı həm də, yeni doğulan körpələr olub.

Artıq yanğın söndürülüb, soyutma işləri davam etdirilir.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR