Rektor Elmar Qasımov Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşdü

Rektor Elmar Qasımov Heriot-Vatt Universitetinin nümayəndələri ilə görüşdü
10:38 24 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Heriot-Vatt Universitetinin (HVU) Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vaytla görüşdü.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, BANM-in Heriot Vatt Universiteti ilə əlaqələrindən söz açan rektor Elmar Qasımov HVU və BANM-in əməkdaşlığının çox sıx şəkildə davam etdiyini dedi. O, bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirdi.

Elmar Qasımov HVU-nun BANM-in quruculuğunda dəstəyini məmnunluqla xatırlayaraq iki təhsil ocağı arasında əlaqələrin ənənəvi əməkdaşlığa çevrildiyini vurğuladı. BANM-in yeni kampusu haqqında söz açaraq orada yaradılan şərait haqqında qonaqlara məlumat verən rektor kampusda maddi texniki bazanın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü diqqətə çatdırdı. Elmar Qasımov sözügedən universitetlə əməkdaşlıq çərçivəsində keçən tədris ilində BANM-in iki tələbəsinin HVU-da bir semestr ərzində təhsilini davam etdirdiyini xatırlatdı. O, bu işlərin davamlı olacağına əminliyini ifadə etdi və BANM-in tələbələrinin HVU-ya göndərilməsi istiqamətində işlərin davam edəcəyini bir daha nəzərə çatdırdı.

Qəbula görə təşəkkür edən qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin BANM-lə əməkdaşlığa böyük önəm verdiyini bildirdilər və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə etdilər. HVU-nun nümayəndələri BANM-in tələbələrinin imtahanlarda HVU-nun Edinburq və digər kampuslarında təhsil alan tələbələrlə müqayisədə daha yaxşı nəticələr göstərdiklərini vurğuladılar. Onlar bildirdilər ki, BANM-in tələbələrinin göstəriciləri olduqca yüksəkdir.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR